Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev Azərbaycan Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanını şərh edərkən deyib. Deputat Prezidentin bu sərəncamının məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə sosial qayğının bir ifadəsi olduğunu vurğulayıb: “Bu günə kimi məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərin işlətdikləri enerji daşıyıcılarının dəyəri ümumi şəkildə dövlət büdcəsindən ödənilib. Pul ödənilirdi və nəzarət də yox idi. Kimin nə qədər ehtiyacı var, az yaxud da çox işlətdi və s. Birinə çatırdı, birinə yox, biri çox işlədirdi, biri az yandırırdı. Bu mənada sosial müavinətin birdəfəlik 36 manat müəyyənləşdirilməsi onlara göstərilən qayğının ünvanlığını təmin edir. Və onlara imkan verir ki, ayrılan sosial müavinətlərin ehtiyac və arzularına uyğun xərcləsinlər.”
Deputat hesab edir ki, hazırda məçburi köçkünlərin əksəriyyəti normal şəraitli mənzillərdə yaşayır: “Belə mənzillərdə artıq sayğaclar da quraşdırmaq, elektrik və qaz verilişini tənzimləmək də mümkündür. Artıq “Azərişıq” və “Azəriqaz”a göstəriş verilib ki, dövlət hesabına sayğaclar quraşdırılsın. Bu sayğac göstərişinə uyğun olaraq da onlar ayrılan müavinətin hesabına işlətdiyi qazın pulunu ödəsin.”
İnterpress.az