ABŞ-a girişi qadağan olunanlar siyahısında tanınmış insanların da adı var.
İnterpress.az xəbər verir ki, qadağa səbəbilə iranlı rejissor Əsgər Fərhadi də ABŞ-a girə bilməyəcək.
Bildirilir ki, Ə.Fərhadinin “Oskar”a namizəd göstərilməsinə baxmayaraq, ABŞ-a girişi digər vətəndaşlar kimi qadağan olunub.
Qeyd edək ki, Tramp təhlükəsizliyi təmin etmək istədiyini səbəb göstərərək, İran, İraq, Somali, Sudan, Liviya, Yəmən və Suriya vətəndaşlarına viza qadağası qoyub. Qadağanın 4 ay çəkəcəyi bildirilir.
İnterpress.az