Qarlı havada 1800 nəfər təcili yardıma müraciət edibbackend

Qarlı havada 1800 nəfər təcili yardıma müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Baş həkim qeyd edib ki, bu günlərdə təcili tibbi yardıma 1800-ə yaxın müraciət daxil olub.

“Adi vaxtlarda çağırışların sayı 2000-dən çox olur. Amma bu günlərdə çağırışların sayı azalıb. Yalnız hava şəraiti ilə əlaqədar 2 müraciət daxil olub. Bir qadın və bir kişi aşağı ətrafların travması ilə Travmatologiya İnstitutuna yerləşdirilib”.

Qeyd edək ki, yanvar ayının sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

İnterpress.az