Sarkisyandan hər seçiciyə 100 dolarbackend

Sarkisyandan hər seçiciyə 100 dolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Jovohurd” qəzeti yazıb.

Nəşr yazır ki, seçkiqabağı dövrdə Ermənistan sakinlərinə çoxsaylı rüşvət təklifləri edilməyə başlanıb.

Xəbərdə bildirilib ki, hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıqlar etməyə hazırlaşır: “Ötən seçkidə hər seçiciyə 5-10 min dram rüşvət (təqribən 1-2 dollar) təklif edilirdisə, bu il keçiriləcək kampaniyada səsləri almaq üçün seçicilərə 100 dollar məbləğində rüşvət təklif ediləcək”.

Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

İnterpress.az