Biləsuvarda dəhşət – Qardaşını güllələdi – TƏFƏRRÜATbackend

Biləsuvarda dəhşət – Qardaşını güllələdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda qardaşı tərəfindən öldürülən Adil Əliyevin ölüm faktının bəzi təfərrüatları məlum olub.

Amankənd kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Adil Əliyev uzun müddət Rusiyada yaşayıb: “3-5 ay bundan əvvəl Rusiyadan Azərbaycana deportasiya edilib. Onlar iki qardaş eyni kəntdə yaşayırdı. Adilin qardaşı Asim Əliyevin qonşusu Şahin Əliyevlə arasında mübahisə vardı. Bu mübahisə yanvarın 30-da axşam saatlarında yenidən alovlanıb. Asim “TOZ-8” markalı öv tüfəngini götürüb küçəyə çıxıb ki, məsələyə son qoysun. Amma açılan güllə Adilə dəyib. Adil oradaca dünyasını dəyişib. Qonşu isə yaralanıb.”

Sakinlərin sözlərinə görə, Asim Əliyev həmin vaxt özündə olmayıb: “Asimin qardaşı ilə münasibətləri yaxşı olub. Hər ikisinin ailəsi, uşaqları var. Deyirlər həmin vaxt özündə olmayıb, bəzi dərmanlar qəbul edibmiş. Sonradan ayılıb ki, öldürdüyü qardaşıdır, ancaq gec idi.”

Biləsuvarda rayonunun Amankənd kənd sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb.

***

Hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )

İnterpress.az