Bunu İnterpress.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Bildirib ki, bu günlərdə ümumi qaydada Bakı şəhəri üzrə təqribən 1800-2000 arası çağırışlar olub.
Rauf Nağıyev qeyd edib ki, hava şəraiti ilə əlaqədar olaraq son 2-3 gün ərzində 9 nəfər sürüşüb yıxılaraq travma alıb: \”Onların 6 nəfəri Travmatologiya İnstitutuna yerləşdirilib. Hamısı yollarda yıxılıb travma alanlardır”.
Baş həkim vurğulayıb ki, hava şəraiti ilə bağlı olaraq çağırışların sayında elə də dəyişiklik yoxdur: \”Müraciətlərin 50 faizi bizə aid olan çağırışlardır. İnsanlar başa düşür ki, hava şəraiti ilə bağlı əsassız müraciətlər bizə aid deyil. Ona görə də 2-3 gün olar ki, insanlar əsassız müraciətləri nisbətən azaldıblar”.
İnterpress.az