İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Donald Tramp addımları ilə islamofobiyanın baş qaldırmasına şərait yaradır.
“Tramp guya istəyir ki, bununla terrorun qarşısını alsın. Halbuki, bu addım ekstremizmi daha da gücləndirəcək. Bu addımdan sonra Kanadada məscidə hücum edildi. Dünyaya demokratiya dərsi keçən Amerika yürütdüyü siyasətə diqqət etməlidir”-deyə o bildirib.
İnterpress.az