İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda Cərrahpaşa xəstəxanasında psixoloji müalicə alan polis işçisi bu gün öz silahıyla intihar etmək istəyib. İntihar etmək istəyən polis məmuru bir neçə həkimi də girov götürüb.
Hadisə yerinə çox sayda polis cəlb edilib.
Hazırda İstanbul polisi psixoloji problem yaşayan həmkarını fikrindən daşındırmağa çalışır.
Son Dakika! Cerrahpaşa Hastanesi'nde Tedavi... by haberler
İnterpress.az