Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilirbackend

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov məlumat verib. Onun sözlərinə görə, görüş fevralın ortalarında təşkil oluna bilər.

Popov qeyd edib ki, həmsədrlər konfrans çərçivəsində hər iki ölkənin XİN rəhbərlərilə ayrı-ayrılıqda konfranslar keçirmək istəyirlər: “Əgər nazirlər maraq nümayiş etdirsələr, biz onların birgə görüşünü təşkil edəcəyik”.

Həmsədr bildirib ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılaşmaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı üzrə işlər davam etdirilir: “Bu yaxınlarda Dağlıq Qarabağ məsələsi Sergey Lavrovla Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarov tərəfindən müzakirə olunub. Lazımi şərait yaradıldıqdan sonra üçtərəfli görüşün keçirilməsi üçün də imkan meydana gələcək\”.

İnterpress.az