Avtoritetin nəşi Azərbaycana gətirilibbackend

Avtoritetin nəşi Azərbaycana gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində \”Kafe Rus\” iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq (\”sxodka\”) olub. Avtoritetlər arasında mübahisə düşüb.

Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

İnterpress.az