İnterpress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu bildirib ki, Rusiyanın xarici işlər nazirinin ardından bu ölkənin ombudsmanı da Belarusda saxlanılan Rusiya vətəndaşı Lapşinin Azərbaycana ekstradisiya edilməsinin əleyhinə çıxıb, bununla bağlı olaraq xüsusi açıqlama verib: \”Belarus Lapşini ekstradisiya etməyə hazırdır. Ancaq Belarus Rusiyanın artan təzyiqi ilə üz-üzədir. Elə Azərbaycan hakimiyyətində bir qrup ruspərəst də Lapşinə görə Rusiya ilə münasibətlərin gərginləşməsindən çəkinir\”.
Politoloqun fikrincə, artıq iş işdən keçib, Lapşinə qarşı cinayət işi açılıb və o Belarusda həbsdədir: \”İki yol var: ya Rusiya hakimiyyət mənsublarının təzyiqlərinə baxmayaraq prinsipiallıq nümayiş etdirib Lapşini Bakıya gətirib, məhkəməsini keçirmək lazımdır, ya da Rusiya hakimiyyətinin təzyiqindən çəkinib Lapşinin ekstradisiyasından imtina edilməlidir.
İkinci yola üstünlük verilərsə:
1) hakimiyyətdəki ruspərəstlərin qələbəsi olacaq;
2) Rusiyanın və Ermənistanın mənəvi qələbəsi olacaq;
3) Belarusu pis vəziyyətdə qoyacağıq;
4) Azərbaycanın bir dövlət olaraq imicinə zərbə vurulacaq.
İnterpress.az