İnterpress.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlandığını bildirib.
Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.
İnterpress.az