Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEObackend

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nədənsə “yezidi” sözü bizdə həmişə çaşqınlıq yaradır. Bəziləri elə düşünür ki, yezidilər İmam Hüseynin (ə) qətlinə fərman vermiş Yezid ibn Müaviyyənin tərəfdarlarıdır.
Yox, belə deyil, yezidilik tamam başqa bir anlayışdır və Yezid ibn Müaviyyə ilə qətiyyən əlaqəsi yoxdur. Eyni zamanda yezidiliyin yəhudilik kimi bir xalqa, kürd xaliqına məxsus olması haqqında düşüncə də yanlışdır. Çünki yezidilik ərəb, kürd, assurilərə məxsus təriqətdir.
Bütün dünyada 20 milyondan çox kürd yaşayır, amma kürdlərin cəmi bir milyona yaxın nümayəndəsi yezidilik təriqətinin daşıyıcısıdır. Bütün dünyada olan 800 min yezidin ən çoxu, 300 mini İraqda, 60 mini Almaniyada, 39 mini Ermənistanda, 32 minə yaxını Rusiyada, 25 mini Suriyada yaşayır.
Yezidi kəlməsi bu təriqətin tanrısı olan Azdanın adından götürülüb. Azda “məni yaradan”, “verən” və “var edən” anlamına gəlir. Əməvi xəlifəsi Mərvan ilə eyni soydan gələn Adi bin Müsafir tərəfindən daha çox Zərdüştlük prinsipləri üzərində qurulmuş inancdır.
Bəzi tarixçilər isə iddia edir ki, yezidilər İran və Mesopotamyada yaşayan dini-sosial qruplar olduğu üçün bu bölgələrdə yaranmış bütün dinlərin təsirini özündə birləşdirib.
Amma araşdırdıqda bəlli olur ki, əslində yezidilik özündən qabaq gələn bütün dinlərin yığmasıdır. Yezidilikdə İslamda olduğu kimi oruc tutmaq, oğlanların sünnət olunması, xristianlıqdakı kimi körpələri müqəddəs suya salmaq, Zərdüştlükdə olduğu kimi günəşə sitayiş etmək var.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

Tanrının könlünü almaq lazım deyil
Lakin Yezidilik əvvəlki dinlərdə söylənilən hekayədəki (Dini kitablarda İnsanı yaradan Allahın İblisə “əyil, insana səcdə et” əmrini verdiyi deyilir) İblisin insana hörmət göstərməməsi bəllidir. Ancaq yezidilikdə İblisin sahib olduğu xüsusiyyətlər də var.
Digər dinlərdə Tanrının buyuruğuna əməl etməyən və cənnətdən qovulan İblisi yəzidilikdə Mələk Tovuz adlandırırlar və sitayiş edirlər. Guya bu Mələk Tovuz insanlarla Yaradıcı arasında vasitəçilik edir.
Yezidilikdə ibadət yoxdur. Yezidilərin inancına görə, Tanrı özündə o qədər yaxşılıq və mərhəmət daşıyır ki, onun könlünü almaq üçün ibadətə ehtiyac yoxdur.
Əksinə, içi pisliklərlə dolu olana Mələk Tovuza ibadət edilir. İnanca görə, Tovuz həm yaxşılıq, həm də yamanlığın qaynağıdır.
Eyni zamanda yezidlər axirət gününə inanmırlar. Bu inanca görə cənnəti də, cəhənnəmi də insan özü həyat tərzi ilə yarada bilir. Qara rəngli Tovuz quşu isə bütün yaradılışın nəzarətçisi və Tanrının yer üzündəki kölgəsidir.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

Yəzidilikdə homoseksuallıq təbliğ edilir

Yezidlər üçün qadınlar ilan və əqrəblərdir. Belə ki, Tanrı Azda öz atəşindən Mələk Tovuzu yaradıb və ona təbiəti, eyni zamanda insanı yaratmaq vəzifəsi verir. Tovuz isə köməkçisi olan altı mələyi yaradır. Daha sonra Mələk Tovuz Azdanın buyuruğuna əsasən onun verdiyi toz ilə kişi və qadını və təbiəti yaradır. Bununla yanaşı Mələk Tovuz dörd cin də yaratdı.
İnanca görə, Tovuz insanı yaratdıqlarını təqdim etmək üçün Tanrı Azdanın yanına gedir. Azda isə Mələk Tovuza “bundan sonra bu iki insana tabe olacaqsan” deyir. Lakin Tovuz buna razı olmur və “Bu iki insanı yoxdan yaradan mənəm, nə üçün onlara tabe olmalıyam?” deyə etiraz edir və Tanrının əmri ilə razılaşmır.
Bu iki insandan 80 uşaq dünyaya gəlir. Daha sonra dünyanın ilk qadını və kişisi olan bu cütlük dalaşırlar. Kimin haqlı olduğunu bilmək üçün onları imtahana çəkirlər. Yunan əsatirində deyildiyi kimi həm qadın, həm də kişi öz ruhlarını, düşüncələrini bir küpə doldururlar və ağzını möhkəm qapayırlar. 40 gündən sonra kişinin küpündən Şahid Car adlı gözəl, gənc bir oğlan çıxır, qadının küpündən isə sürünən həşaratlar, əqrəblər və ilanlar çıxır.
Kişi küpündən çıxan gənc, yaraşıqlı oğlanı o qədər sevir ki, arvadı və 80 uşağı yadından çıxır. Bu isə onların gənc oğlanla, kişiyə qarşı amansız qısqanclığına və nifrətinə səbəb olur. Qadın və 80 uşağlı qərar verir: “Şahid Car öldürülməlidir”.
Beləliklə, Şahid Carın öldürülməsini qadın planlaşdırır və planın parolunu uşaqlarına söyləyir. Ancaq hər şeyi bilən, duyan Mələk Tovuz buna imkan vermir və yaratdığı dörd cinə əmr verir ki, gecə olanda qadının 80 uşağının ağzına üfürsünlər. Uşaqlar yuxudan oyananda 80 fərqli dildə danışırlar.
Bundan sonra onlar analarının dediklərini də anlamırlar. Beləcə, Şahid Carı Mələk Tovuz xilas edir.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

Yezidilik inancının banisi islam alimindən dərs alıb

Yezidiliyin kökləri və tarixi çox qədimdir. Əslində bu barədə konkret mənbə də yoxdur. Yezidi inanc sisteminin qurucusu və peyğəmbəri olaraq qəbul edilən Şeyx Adiy Bin Müsafir əslində Qadırı təriqətinin qurucusu Əbdülqadir Geylani ilə birlikdə İslam alimi İmam Qəzzalidən dərs alıb.
1072-ci ildə Livanın Balbək bölgəsində doğulan Şeyx Adiy 1116-cı ildə Məkkəyə həcc ziyarətinə gələnə qədər (1162-ci ilə qədər) İraqın şimalında Mosulun 57 km-də Laləş vadisində köhnə bir xristian monastrını dərgaha çevirərək mürid yetişdirməyə başlayır.
Bu gün də yezidilər Laləşi özləri üçün qiblə bilirlər və hər hansı məkanda ziyarətgah tiksələr onun qübbəsini Laləşə tərəf yönəldirlər.
Adiy bin Müsafir 1162-ci ildə öldüyü zaman da bu monastrda dəfn edilir. Bu günə qədər də həmin monastr yezidilərin ziyarətgahıdır.
Qeyd edək ki, yezidilikdə də iki məzhəb var- Adavilik və Səhbətilik.
Moğollar bölgəni istila edəndən sonra XII və XIV yüzilliklərdə müharibədən sonra yaranmış boşluqdan yararlanan yezidilər öz təriqətlərini geniş ərazidə – Mosul, Hakkari, Botan çayı sahilləri, Mardin, Van və Urmiya tayfaları arasında kök salıb.
1415-ci ilə qədər yezidilik tədricən unudulmağa başlandı. Səbəb isə dinin çox diqqətlə qorunması və sirli olmasıydı. Yezidilər öz dini inanclarını qapalı şəkildə yaşadırdılar.
Məsələn, yezidiliyin ikinci kitabı olan “Kitab əl Cəlvə” ancaq yezidlər arasında yayılır və bunun kənara çıxmamasına çalışırlar.
Yezidilər günəşə ibadət edirlər. Hər gün səhər gün çıxanda və batanda üzlərini günəşə çevirib ibadət edrlər. 21 bucaqlı sarı rəngli günəş, qara ilan da yezidiliyin simvollarındandır.
Yezidiliyin iki müqəddəs kitabı var- “Əl-Cəlvə”, və “Meshaf Reş”.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO


Yezidlər 80 gün oruc tutur

Yezidlər də oruc tutur. Lakin yezidilikdə hamı eyni vaxtda oruc tuta bilməz. Belə ki, müridlər və dindarlar fərqli aylarda oruc olurlar.
Müridlər sentyabr ayının üçüncü və beşinci günləri arasında və ya dekabrın ilk çərşənbə axşamı və cümə günlərini əhatə edən 3 günlük oruc tuturlar.
Din adamları isə dekabrda 20, iyulda 20 və 15-20 sentyabr tarixində Şeyx Adinin türbəsini ziyarət etdikdən sonra 40 gün oruc tuturlar ki, bu da ümumilikdə 80 gün edir. Oruc tutanlar səhər gün çıxandan axşam gün batana qədər heç bir qida qəbul etmir, cinsi əlaqəyə girmir, lakin axşam iftar süfrəsində mütləq şərab içirlər.
Yezidilər həcc ziyarətini 15-20 sentyabr tarixində Laləş vadisindəki dağın ətəyində yerləşən Şeyx Adinin məbədini ziyarət edirlər. Bu ziyarəti yaxınlıqdakı Sirat körpüsü adı verilən körpüdən keçməklə icra edirlər. Məbədin ətrafında hamı ayaqyalın gəzir. Məbəddən çıxan su ilə uşaqların əl-üzünü yuyurlar, müqəddəs dedikləri qəbrlərdə şam yandırırlar və qurban kəsirlər.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

40 günlük körpəni sünnət edirlər

Dini vəzifələrindən biri də yenicə doğulmuş, bəzi tayfalarda isə 40 günlüyündən sonra məbəddən götürülmüş müqəddəs adı verdikləıri suya salmaqdır. Bu, Şeyx Adi türbəsində baş tutur. Körpəni üç dəfə suya salıb çıxarırlar.
Lakin müqəddəs suya salınmazdan öncə oğlan uşaqları mütləq sünnət edilir. Ümumilikdə isə yezidilikdə oğlanların sünnəti şərtdir.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

Yezidilikdə bayramlar

Yezidilikdə bayramlar müxtəlif tarixi mənbələrdə fıərqli şəkildə təqdim edilir.
Bunlardan ən ömnəmlisi Sərsail bayramıdır. Aprel ayının ilk çərşəmbəsində qeyd edilir. Bu bayramda bütün gecə boyunca mələklərin bərəkət payladığına inanırlar. Bayramlarda ilk olaraq ailə məzarları ziyarət edilir, və yoldan keçənlərin yeməsi üçün məzar daşlarının üstünə kişmiş, quru əncir kimi qidalar qoyulur.
Digər bir bayram da Yaz bayramıdır. İyulun 18-i ilə 21-i arasında qeyd edilən bu bayrama Şeyx Adi Bayramı, ya da Qırx Gün Bayramı deyilir.
Daha bir bayram isə hər il dekabr ayında üç günlük orucdan sonra qeyd edilən Doğum Bayramı və ya Yezidi Bayramıdır.
Eyni zamanda 21 martı da Novruz bayramı kimi yüksək şəkildə qarşılayırlar.
Bundan başqa dekabrın 9-10 arasında keçirlən Qurban bayramıdır.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

Yezidilər PKK-nı niyə dəstəkləyir?

Yezidlərin toplum şəklində yaşadığı bölgələrdən biri də Sincar dağlarıdır (Sincar dağları Dəclə-Fərat arasında yerləşir, Sincar şəhərinə yaxın olduğu üçün Sincar adı verilib). Burada yaşayan yezidilərin mərasimləri, dini ayinləri və adət-ənənələri haqqında indiyə qədər heç kim məlumat əldə edə bilməyib.
Yeri gəlmişkən, Sincar dağlarında yaşayan yezidi kürdləri PKK terror təşkilatını dəstəkləyir və daim yardım əllərini uzadırlar. Belə ki, PKK-nın əli qanlı lideri Murat Karayılan dəfələrlə Türkiyədən deportasiya edilməkdən qorxaraq Sincar bölgəsinə qaçıb. Bu ərazidə yaşayan 300 min yezidi kürdün Ermənistanda yaşayan yezidilərlə çox sıx əlaqəsi var və hər iki tərəf PKK terror təşkilatını dəstəkləyir. Murat Karayılandan başqa digər PKK liderləri də dükanın üzünü tozlu görəndə dabanlarına tüpürüb birbaşa ya Ermənistana, ya da Sincar dağlarına qaçırlar.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO


Məşhur yezidlər

Rusiyanın kriminal aləminin ən nüfuzlu bosslarından biri, qanuni oğru, Ded Xasan ləqəbi ilə tanınan Aslan Usoyan da yezidi kürdü idi. O, Gürcüstanda doğulmuşdu. 2013-cü ildə Moskvada sui-qəsd nəticəsində öldürülən Ded Xasan yezidi adəti ilə dəfn edildi.
Qeyd edək ki, kriminal aləmin dünyada ən məşhur üzvlərinin əksəriyyətini yezidilər təşkil edir. Soyadlarındakı “yan” sonluğu bəzilərini çaşdırır və onları erməni kimi qəbul edirlər . Əslində yezidilərin əksəriyyətinin soyadı “yan” sonluğuyla bitir və onlar erməni deyillər.
Almaniyada fəaliyyət göstərən Die Linke Partiyasından millət vəkili seçilən Yezidi Ali Atalan, Trabzonda doğulmuş və Türkiyənin Milli Məclisində tərcüməçilik edən İbrahim Bulut da məşhur yezidi kürdlərdəndir.
Dünyada yezidiləri birləşdirən onlarla qurum var. Almanya Yezidi Dərnəkləri Federasiyası, Türkiyədə Yezidilərin Mədəniyyət və Həmrəylik Dərnəyi.

Yezidilik-başa vurulan xəncərlər və eynicinsli sevgi- VİDEO

Dünya sonsuzdur, dünyanı yaradan Tanrı onu heç vaxt yıxmaz!

Yezidilikdə müqəddəs olan anlamlar var:
-Dünya sonsuzdur, dünyanı yaradan Tanrı onu heç vaxt yıxmaz.
– Təbiəti qorumaq və təbiəti sevgi ilə bəsləmək vacibdir.
-Hər gün Günəşə üç dəfə ibadət edilməlidir.
-Çərşənbə günü istirahət günüdür. Çünki Mələk Tovuzun və Şahid Carın yaradıldığı gündür.
-Sonradan Yezid olmağa icazə verilməz.
-Şeytan adını tələffüz etmək haramdır.
-Şeytanın adını anladan kəlmələri (Kitan, ŞAR, Şat, məlun, nal) işlətmək də haramdır.

Arzu ABDULLA
İnterpress.azhttps://youtube.com/watch?v=tELuKe9ujbkhttps://youtube.com/watch?v=1GLbDhPYj1Q