Meksika çimərliyində silahlı hücum! Ölü və yaralılar varbackend

Meksika çimərliyində silahlı hücum! Ölü və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Meksikada dünya tərəfindən məşhur bir çimərlikdə silahlı hücum təşkil edilib. Bajadaki San Jose del Cabosda palma ağaclarının altında istirahət edənləri hədəf alan təcavüzkar, odlu silahla atəş açıb.
Hücumda üç turist həyatını itirib, yaralanan bir qadın və bir kişi isə xəstəxanaya qaldırılıb.
Silah səslərinin duyulmasıyla turistlər arasında böyük çaxnaşma yaşandığını bildirilir. Turist:-\”Atəş açıldığını eşiddik və yalnız etibarlı bir yerə qaça bildik. Avtomatik bir silah idi\”dedi.
Hücumdan sonra çimərlik azad edilib.
Narkotik şəbəkələrinin qorxunc şiddət hərəkətlərinə sahib olan Meksikadakı bir başqa hadisədə isə, toplu məzarda 14 cəsəd tapılıb. Valparaiosadaki bir dağın ətəyinə basdırılan qurbanlardan 11-i kişi, üçü qadın olduğu bildirilir. Prokurorluq bəzi cəsədlərin orqanlarının kəsik olduğunu və kütləvi məzardan başqa qurbanların da çıxa biləcəyini söyləyib.
Cəsədlərin şəxsiyyətləri DNT testindən sonra təyin olunacaq.
Məlumata görə, dünya üzərində zorakılıq nisbətinin ən yüksək olduğu ölkələrdən Meksikada, avqust ayının ilk günündə 10 cəsəd tapılmışdı.

İnterpress.az