İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Fransanın Lathus-Saint-Remy qəsəbəsi yaxınlığında, 13-17 yaşlarındakı 16 şagirdin olduğu yaz düşərgəsinə ildırım düşüb.
Hadisədə biri ağır olmaqla 10 şagird və 1 müəllim yaralanıb.
Düşərgənin olduğu Lathus-Saint-Remy qəsəbəsi Bələdiyyə Başçısı Jacques Campainin verdiyi açıqlamada ildırım düşərgənin elektrik təsisatının olduğu hissəyə isabət edib.
İnterpress.az