Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiytyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rəsmi məlumatda qeyd edilib ki, Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkum Taleh Bağırov telefon danışıqlarından istifadə edir:
“Hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə də görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur, səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb.
Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaratmaqla, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər”.
Bildirilib ki, bütün penitensiar müəssisələrdə xüsusi kontingentin saxlanılması, maddi-məişət şəraiti, azadlıqdan məhrum edilmiş və təqsirləndirilən şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun təmin edilir:
“Məhbusların saxlanılması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan hüquqları ölkə rəhbərliyinin humanist addımları sayəsində son illər ərzində dəfələrlə yaxşılaşdırılıb”.
İnterpress.az