İnterpress.az-ın məlumatına görə, 17 nazirliyə təyin edilən namizədlər arasında qadın nazirin olmaması gözlənilən idi. Lakin Ruhani seçkilər ərəfəsində qadın nazir təyin edəcəyini söz vermişdi.
Prezidentliyinin birinci dönəmində Ruhani bir neçə qadın vitse-prezident təyin etmişdi. İran vitse-prezidentlərinin xüsusi bir vəzifəsi yoxdur. Lakin kabinet üzvü hesab edilməkdədir. Ruhanidən əvvəl prezident olmuş eks-prezident Mahmud Əhmədinejat bir nəfər qadın nazir təyin etmişdi. Mərziyə Vahid Dastjerdi 2009-cu ildə səhiyyə naziri olub.
Ruhaninin irəli sürdüyü nazirlər Parlamentdə təsdiq olunmalıdırlar. O, birinci dönəmdə kabinetdə yer almış nazirləri dəyişməyib. İranın xarici işlər naziri Cavad Zərif və neft naziri Bijan Zəngənəh ikinci dönəmdə də vəzifələrinin başında qalacaq. Hər iki nazirin postunda qalması isə ekspertlərin fikrinə görə Ruhaninin İranın qapılarını açması və invesitisiya axtarışında olması kursunda davam etdiyini göstərir.
Ruhani bu il may ayının 19-da keçirilən seçkilərdə qalib gəlib.
İnterpress.az