Putin Abxaziyaya səfər edibbackend

Putin Abxaziyaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi məlumata görə, V. Putin Abxaziya rəhbəri Raul Hacimba ilə görüşüb. O bildirib ki, Moskva bundan sonra da “respublika”nın təhlükəsizliyi və müstəqilliyinə təminat vermək niyyətindədir: “Bizim danışmağa mövzularımız var. Ən başlıcası odur ki, bizim Abxaziya ilə xüsusi, çox xüsusi münasibətlərimiz var. Biz Abxaziyanın təhlükəsizliyi və müstəqilliyinə etibarlı təminat veririk. Əminəm ki, bundan sonra da belə olacaq”.

Qeyd edək ki, bu gün Gürcüstanın Cənubi Osetiya regionunda müharibənin 9-cu ildönümüdür. Bu müharibədən sonra – 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. (apa)

İnterpress.az