İran, ABŞ sanksiyalarına qarşı qanun layihəsini təsdiq edibbackend

İran, ABŞ sanksiyalarına qarşı qanun layihəsini təsdiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti”yə istinadən xəbər verir ki, Fars xəbər agentliyinin xəbərinə görə, İran Məclisinin deputatları, konsensus ilə Amerikanın sanksiyaları ilə mübarizədə \”öz raket proqramının inkişaf etdirilməsi üçün 440 milyon avro vəsait ayrılması\” qanun layihəsini təsdiq edib.

Qanun qəbul olunduqdan sonra açıqlama verən İran İslami Şura Məclisi Başçısı Laricani, ABŞ rəsmiləri məclisin təsdiq etdiyi ABŞ-ın sanksiyaları ilə mübarizə qanunu bu istiqamətdə atılan ilk addım olduğunu bilmələri lazım olduğunu bildirib.

Qanun çərçivəsində ABŞ-ın sanksiyalarına cavab olaraq raket proqramı və İran İnqilab Mühafizəçilərinin xarici əməliyyatlarının büdcəsini artırmaq qərara alınıb.

Laricani həmçinin Kəşfiyyat nazirliyi və Xarici İşlər Nazirliyi bu sahədə vəzifələrini ciddiliklə yerinə yetirmələrini istəyib.

Amerikalılar \”bunun daha ilk addımımız olduğunu bilsin\” deyən İran İslamı Şüra Məclisinin Sədri Əli Laricani həmin qərarın \”ABŞ-ın regiondakı terrorçu və avantürist hərəkətlərinə\” cavab olduğunu bildirib.

İran məclisində səsvermə zamanı yer alan 247 milet vəkilindən 240-nın bəli dediyi, bir nəfər isə bitərəf qaldığı layihə ilk turda qəbul edilib. Sözügedən layihə əsasən raket inkişaf etdirmək proqramı və İran İnqilab Mühafizəçilərinin xüsusi vahidi Qüds Qüvvəsinin büdcəsi təxminən 440 milyon avro artırılacaq.

Qeyd edək ki, ABŞ, İrana balistik raket proqramı və terror təşkilatlarına yardımları və bu səbəblə də iyul ayının ortasında yeni sanksiyalar gətirmişdi. Tehran rəhbərliyi avqust ayının əvvəlində son ABŞ sanksiyalarının 2015te imzalanan nüvə müqaviləyə zidd olduğunu açıqlayıb və buna lazımi cavabı verəcəyini söyləmişdi.

İnterpress.az