İranda, zumba rəqsi edən altı nəfərə: Əxlaqsızlıq və Günahkarlıq Təşviq Edirlərbackend

İranda, zumba rəqsi edən altı nəfərə: Əxlaqsızlıq və Günahkarlıq Təşviq Edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, sosial mediada zumba öyrətdikləri video bölüşən dörd kişi və iki qadın, rəqs etmək və paltar məhdudlaşdırmalarına tabe olmamaqla günahlandırır. İran qanunları rəqs etməyi qadağan edir. Zumba kimi rəqsli məşq də məhdudiyyət gətirilir. Aerobika və rəqsin qarışığı kimi tanınan Latın Amerika mənşəli Zumba, fitness salonlarında getdikcə yayılan bir məşq növü. İran İnqilab Keşikçiləri Ordusu, (IRGC) şəxslərin \”Gənc qadın və kişilərə Qərb rəqslər öyrədərək onları cəlb etməyə çalışmaqla\” günahlandırdığını açıqlayıb.

Xatırladaq ki, İranın İsfahan şəhərindəki şəhərətrafı bölgəsində bir hovuz partiyası verən 64 gənc olan və qadın saxlanılıb. İnqilab Mühafizəçiləri, nəzarətə alınanların \”içkili və yarı çılpaq\” bir şəkildə yaxalandığını deyib. IRGC, hovuz partiyasındakı qrupun video çəkərək \”əxlaqsızlıq və günahkarlıq\” insanları təşviq etdiklərini bildirib.

Qeyd edək ki, İranda dövlətə açıq yerlərdə qadınlara müəyyən geyim məhdudiyyətləri tətbiq olunur. Ailə üzvləri qarşısında olmadıqları müddətcə, qarşı cinslə rəqs etmək də yasaq. 2014- də İranda oxşar bir hadisə baş vermişdir, Pharell Wiliamın dünyaca məşhur mahnısı \”Happy\” ilə rəqs edən 6 İranlıya bir ilə qədər həbs və 91 qırmanc cəzası verilmişdi.
İyun ayında da, ölkədəki idman federasiyasının rəsmiləri, Zumba kimi \”ritmik hərəkətlər və rəqslərin, adları və şəkilləri nə olursa olsun qanunsuz olduğunu açıqlamışdı. Sosial mediada bu tətbiq, böyük reaksiya çəkdi. Bəziləri idman salonlarında Zumbanın qadağan olunmasını İraq Dəməşq İslam Dövlətinin (IŞİD) sərt tətbiq etmələrinə bənzətdi. İranlı Bardaq Yazd qəzetinə danışan bir idman zalının meneceri, Zumbayı başqa bir ad istifadə edərək də olsa öyrətmə məsələsində qərarlı olduğunu, \”12-13 ildir ki Zumba öyrədirəm və lazım gələrsə başqa bir ad altında dərs verməyi davam etdirirəm\”- dedi.

İnterpress.az