Maduronun oğlundan Trumpa cavab: “Ağ Evə gəlib oranı alırıq”backend

Maduronun oğlundan Trumpa cavab: “Ağ Evə gəlib oranı alırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Venesuela siyasi böhranı hərbi müdaxilə ilə təhdid edən ABŞ Prezidenti Donald Trumpa, Venesuela Dövlət Başçısı Nikola Maduronun oğlu Nikolas Maduro Guerradan cavab gəldi.

Venesuela dövlət televiziyasına danışan oğul Maduro, ABŞ-ın Venesuelaya əsgər göndərməsi halında tüfənglərlə Ağ Evi ələ keçirəcəklərini söylədi. Trumpa səslənən oğul Maduro, \”Ağ Evə gəlib oranı alırıq\”- dedi.
Qeyd edək ki, Donald Trump keçdiyimiz günlərdə, aprel ayından bu yana baş verən hökumət əleyhinə nümayişlərdə 120 nəfərin həyatını itirdiyi Venesuelaya hərbi müdaxilənin variantlar arasında olduğunu söyləmişdi. Trump, \”Venesuela çox uzaq deyil və insanlar əziyyət çəkirlər, ölürlər. Venesuela üçün bir çox variantımız var və hərbi variantlar də bunun içərisində\”- ifadələrini işlətmişdi.

İnterpress.az