İnterpress.az-ın məlumatına görə, saxlanılan şəxslərin arasında partlayıcı maddələrin hazırlanması üzrə xüsusi ekspert və daha 2 potensial kamikadze olan İŞİD-çi var.
Qeyd olunub ki, qruplaşmaya 1 Rusiya vətəndaşı və 3 Mərkəzi Asiya ölkələri vətəndaşı daxil olub. Həmin şəxslərin nəqliyyat vasitələrində və Moskvada iri ticarət mərkəzlərində partlayışlar törətməsinin qarşısı alınıb.
Bundan başqa aparılan axtarış tədbirləri nəticəsində Moskva vilayətində partlayıcı maddələr və partlayıcı qurğu istehsalı üzrə laboratoriya aşkarlanıb.
İnterpress.az