Yanukoviçin 4 milyard dollarlıq aktivlərinə həbs qoyuldubackend

Yanukoviçin 4 milyard dollarlıq aktivlərinə həbs qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Arsen Avakov deyib:“Ukrayna hüquq – mühafizə orqanlarının həbsə aldığı müxtəlif kompaniyalarda hissələri və daşınmaz əmlaklardakı aktivləri nəzərə alınmasaq, onun pul aktivləri (müxtəlif hesablardakı pulları və qiymətli kağızları) 2 milyard dollar təşkil edir. Xarici hesablarda 1,8 milyard dollar və ölkə içində 6 milyard qrivni”.

Nazir həmçinin bildirib ki, Baş Prokurorluq və Ədliyyə Nazirliyi Yanukoviçin əyani şəkildə mühakimə olunması üçün bütün bürokratik əngəllərin aradan qaldırılması üçün parlament qarşısında məsələ qaldıracaq.

Avakov qeyd edib ki, bu məbləğ Ukraynanın Müdafiə, Daxili İşlər nazirliklərinin və Milli Qvardiyanın illik büdcəsindən çoxdur.

Xatırladaq ki, interpol yanvarın 12-də Yanukoviç barədə beynəlxalq axtarış elan edib. Eyni statusla keçmiş baş nazir Anikolay Azarov, baş nazirin müavini Raisa Boqatırova, Maliyyə naziri Yuriy Kolobov və “Ukrtelekom”un rəhbəri georgiy Dzekon da axtarılır.

İnterpress.az