F-35 və Livan GƏRGİNLİYİ: Ağ Ev İsrail Baş nazirinin görüş müraciətlərinə CAVAB VERMİRbackend

F-35 və Livan GƏRGİNLİYİ: Ağ Ev İsrail Baş nazirinin görüş müraciətlərinə CAVAB VERMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Netanyahunu görməzdən gəlməkdə davam edir.

İnterpress.аz xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə həftədir ki, ABŞ Prezidenti Donald Trampla görüşmək üçün uğursuz cəhdlər edir.

Ağ Ev görüş vaxtını təyin etməyə tələsmir. Həmçinin Netanyahunun mərhum senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona planlaşdırılan səfəri də böyük sual altındadır.

Nəşrin məlumatına görə, Tramp Netanyahunu görmək istəmir və onunla birbaşa təmaslardan qəsdən yayınır.

Əvvəllər İsrail Baş naziri Oval Ofisə ən çox baş çəkən xarici liderlərdən biri olub və il yarım ərzində rəsmi olaraq altı dəfə orada qəbul edilib. Lakin indi onun rəsmi görüş müraciətləri cavabsız buraxılır.

İddialara görə, soyuqluğun əsas səbəbi Netanyahunun Türkiyəyə “F-35” qırıcılarının mümkün satışı ilə bağlı ABŞ planlarını kəskin tənqid etməsidir.

Bundan əlavə, Trampın son aylarda İsrailin Livandakı hərbi fəaliyyətinə və digər qərarlarına görə də Netanyahunu rəsmən qınadığı qeyd olunur.

Netanyahunun yaxın dostu olan Qremin dəfni tərəflər arasında barışıq üçün vasitə ola bilərdi, lakin Ağ Ev rəhbərliyindən İsrail liderini gözləmədiklərini bəyan ediblər.

Nyu-Yorkun meri Zohran Mamdani isə İsrail Baş nazirini açıq şəkildə “hərbi cinayətkar” adlandırıb ki, bu da onun Vaşinqtondakı siyasi nüfuzuna ciddi zərbə vurub.

Xuraman Etibarlı

İnterpress.аz