Dünya Səhiyyə Təşkilatı: Kompüter oyunları xəstəlik kimi qəbul edilə bilərbackend

Dünya Səhiyyə Təşkilatı: Kompüter oyunları xəstəlik kimi qəbul edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəliklərin 11-ci Beynəlxalq Təsnifatına (İCD) \”oyun pozuntusu\” xəstəliyi də daxildir.

İlkin sənədlərdə bu yeni xəstəlik, \”digər həyati maraqlar üzərində\” üstünlüyə malik olmaqla, daim və ya vaxtaşırı oyun oynamaq davranışı kimi izah olunur.

İCD-nin son variantı 1992-ci ildə hazırlanıb, yeni variantı isə 2018-ci ildə dərc olunmalıdır.

Məlumatlarda deyilir ki, anormal oyun davranışı barədə diaqnoz qoymaq üçün ən azı 12 ay ərzində oyun oynamağa dair sübutlar olmalıdır. Hərçənd ki, \”əgər simptomlar ağır olarsa\”, bu müddət azaldıla bilər.

Simptomlara daxildir:

Oyun oynamağın tezliyi, intensivliyi, müddəti
Oyunların üstün tutulması
Mənfi nəticələrə baxmayaraq, oyunun davam etdirilməsi

Bir çox ölkələr bu yeni xəstəliklə mübarizə aparır. Məsələn, Cənubi Koreyada hökümət yaşı 16 yaşından az olan uşaqlara gecə 12-dən səhər 6-dək onlayn oyunlar oynamağı qadağan edən qanun qəbul edib.

Yaponiyada oyunçular hər ay müəyyən edilmiş vaxtı keçərlərsə xəbərdarlıq alırlar. Çində isə Tencent şirkəti isə uşaqların ən populyar oyunlarına giriş müddətini məhdudlaşdırıb.

İnterpress.az