“Sehrbaz Araz AEK-i məhv etdi”backend

“Sehrbaz Araz AEK-i məhv etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol.az-ın “themasports.com” saytına istinadən yaydığı xəbərə görə, ölkənin tanınmış jurnalistlərindən olan Panos Larkos millimizizin üzvünün oyununu yüksək qiymətləndirib. Arazı öz yazısında “sehrbaz” adlandıran Larkos bunları qeyd edib:

“Sehrbaz Araz və Sisse AEK-i məhv etdilər. Araz Abdullayev əla təsir bağışladı. “Anortosis”ə gəlişindən bu yana ən yaxşı oyununu sərgilədi. Azərbaycanlı futbolçu iki qol ötürməsi ilə komandanın qarşıya qoyduğu hədəfə çatmağına kömək etdi. Araz bununla “Anortosis”ə uyğunlaşdığını sübut etdi”.

Qeyd edək ki, “Anortosis”in 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda Araz iki qolun ötürməsini edib.

İnterpress.az