İnterpress.az xəbər verir ki, xalq artisti Ramiz Məlik bununla bağlı musavat.com-a açıqlama verərək, məhkəmənin qərarını ədalətli adlanıdırıb: “Məhkəmə çox ədalətli qərar verdi. Qərardan çox razıyam. Çox ləyaqətli hakim Natavan Tağıyeva ədalətli qərar qəbul etdi”.
Xalq artisti ona dəstək olan hər kəsə təşəkkür edib: “Allah onlara can sağlığı versin. Hamısına təşəkkür edirəm”.
Xalq artisti Məleykə Əsədovanın vəkili isə jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: “Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək”.
Xatırladaq ki, məlum “şortik qalmaqalı” ilə bağlı M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verərək 200 min manat məbləğində təzminat istəyib.
Həmçinin qarşı tərəf R.Məlik də məhkəmədə qarşılıqlı iddia qaldıraraq həmkarından 300 min manat təzminat tələb etmişdi.
İnterpress.az