İnterpress.az xəbər verir ki, məsələyə ilə bağlı \’\’Azərqaz\’\’ İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev Xəzər TV-yə deyib ki, bunun əsas səbəbi 2017-ci ildə karta yüklənən məbləğin hələ də bitməməsidir.
O ki qaldı mexaniki qaz sayğaclarında yeni limitin hansı qaydada açılması məsələsinə, İbrahim Kərbalıyev bildirib ki, artıq ölkə üzrə bütün mexaniki sayğacların yeni limitə keçməsi tam təmin olunub.
Qeyd edək ki, 2017-ci ildə mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin cəmi 20%-i ayrılmış illik limiti keçib.
İnterpress.az