İnterpress.az xəbər verir ki, meyit FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bu dəqiqələrdə aşkara çıxarılıb.
Xatırladaq ki, gənc şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
Gənc şair Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu.
İnterpress.az