\”Report\”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib \”Keşlə” klubu olacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında təşkil olunacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.
Yanvarın 17-dən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. Flaqman yanvarın 25-i Ukrayna “Çernomorets”i ilə deyil, Bolqarıstan “Slaviya”sı ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “OİK-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.
İnterpress.az