“İran və Rusiya öhdəliklərini yerinə yetirməlidir” – Çavuşoğlu səfirlərin XİN-ə çağırılmasının səbəbini açıqladıbackend

“İran və Rusiya öhdəliklərini yerinə yetirməlidir” – Çavuşoğlu səfirlərin XİN-ə çağırılmasının səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çavuşoğlu Suriyada atəşkəs rejiminin pozulması ilə bağlı əvvəllər də gözləntilərinin olduğunu, amma son hadisələrin bunu da ötüb keçdiyini deyib.

“Mühasirəyə alınmış ərazilər var. Xüsusilə bir çox mühasirəyə alınmış ərazidə İdlibdə doğru kanallar açıldı ki, mülki vətəndaşlar keçsin. Ancaq bu məqamda bəzi silahlı terror qruplarının da İdlibə daxil olması təmin olundu. İdlib bölgəsinin sərhədləri müəyyən edilərkən qatar yolunun şərqində qalan terror təşkilatlarının qərbi İdlibə, dəmir yolunun qərbinə keçilməsi təmin olundu. Terror təşkilatları ilə əsasən burada mübarizə aparılırdı. Bu belə bir sual yaradır. Görəsən bu qrupların bura gəlməsi ilə bura da hücumlar olarmı? Biz məsələni gündəmə gətirdik. Rusiya, İran, ABŞ, Fransa, Almaniya, İngiltərə ilə müzakirə etdik. Əgər bir yerdə terror təşkilatı varsa, bu qruplar müəyyən edilər, harada olduğu müəyyənləşdirilər. Kəşfiyyat mənbələri və texnologiya yolu ilə alınan məlumatlarla diqqətli əməliyyatlar aparılar. Ancaq brada gördüyümüz vəziyyət, “Əl-Nusra” yaxud HTŞ dediyimiz qrupların varlığını bəhanə olaraq istifadə edib mülki əhaliyə və mülayim müxalifətə hücum etməkdir”.

Çavuşoğlu atəşkəs rejimi pozuntularının 95%-nin Əsəd rejimi və ya rejimi dəstəkləyən qrupların payına düşdüyünü qeyd edib.

“İran və Rusiya öhdəliklərini yerinə yetirməlidir. Təminatçı tərəf oldular ki, rejimi dayandırsınlar. Bu sadə hava hücumu deyil. Rejim İdlib daxilində irəliləyir. Burada məqsəd fərqlidir. Əgər məqsəd könülsüz müxalifət qruplarının Soçiyə getməsini təmin etməkdirsə, əks reaksiya verər” – Çavuşoğlu belə deyib.

Çavuşoğlu Soçi danışıqların uğrula nəticələnməsi üçün atışmaların dayandırılmasının vacibliyini qeyd edib.

İnterpress.az