“Saytların partapartla yayımladıqları “Ulduz” stansiyasındakı video saxtadır!”backend

“Saytların partapartla yayımladıqları “Ulduz” stansiyasındakı video saxtadır!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yanvarın 8-də “Ulduz” metrostansiyasında 22 yaşlı Mustafazadə Rəşad özünü qatarın altına ataraq intihar edib. Bu gün həmin intiharla bağlı videogörüntü yayılıb.

Bakı Metropoliteni QSC mətbut xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bəzi saytlarda yer alan guya “Ulduz” stansiyasında baş vermiş intihar hadisəsinin videosu ilə əlaqədar paylaşım edib:

“Gözəl yurdumun gözəl insanları, saytların partapartla yayımladıqları “Ulduz” stansiyasında 8 Yanvar tarixində baş verən intihar hadisəsinin videosu saxtadır. O günkü marşrutun nömrəsi 15 idi və həmin marşrut üzrə kondisionerli dediyimiz yeni qatar hərəkət edirdi. Videodakı isə köhnə dediyiniz qatarlardandır. Daha qalanını özünüz bilərsiniz. “

İnterpress.az