İnterpress.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo Hamilton (Ontario əyaləti) şəhər meriyasında çıxışı zamanı bildirib.
\”2015-ci ildən İŞİD terror qruplaşması ilə əlaqəli olan 60-a yaxın Kanada vətəndaşı vətəninə qayıdıb və bizim kəşfiyyat xidmətlərimiz onları daim izləyir. Biz kanadalıların və bizim cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq və bu məsələdə heç vaxt kompromisə getmərik\”, – baş nazir bildirib.
İnterpress.az