İnterpress.az \”RİA Novosti\”-yə istinadən xəbər verir ki, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.
Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.
İnterpress.az