Fikrət Qocanın oğlunun qətli ilə bağlı işdə YENİLİKbackend

Fikrət Qocanın oğlunun qətli ilə bağlı işdə YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ittihamçı protestdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Protestə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, keçən il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə E.Nehmətovun Y.Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib. (lent.az)

İnterpress.az