İnterpress.az -ın klubun saytına istinadən yaydığı xəbərə görə, \”Benfika\”nın futbolçusu Lisandro Lopes mövsümün sonuna kimi icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək.
Qeyri-rəsmi informasiyaya görə, 27 yaşlı müdafiəçinin icarəsi \”İnter\”ə 500 min avroya başa gəlib. Klub mövsümün sonu 9 milyon avro ödəyərək L.Lopesi birdəfəlik ala biləcək.
Qeyd edək ki, L.Lopes bu mövsüm Portuqaliya çempionatında 4 oyunda meydana çıxıb.
İnterpress.az