Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, \”Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.
Tədbirdə yeni \”Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. \”Əsgər” sözünün \”əskər”, \”alqı-satqı” sözünün \”alğı-satqı” yazılması təklifi məqbul sayılıb.
Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.
İnterpress.az