İnterpress.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət paytaxtda yaşayan Bəhruz Bayramovun ailəsindən gedir. Belə ki, ailənin əziyyət çəkib topladıqları 21800 manat pul və 5 min manat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.
Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat vəd edib.
Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.
İnterpress.az