ABŞ-dan Türkiyəyə skandal TƏKLİF: “Onları dalaşdıra bilərik…”backend

ABŞ-dan Türkiyəyə skandal TƏKLİF: “Onları dalaşdıra bilərik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

“ABŞ-ın terror təşkilatları ilə deyil, müttəfiqi Türkiyə ilə birgə çalışmalı olduğu fikrini yenidən vurğuladıq. YPG və PKK arasındakı bağlılığı göstərən bütün məlumat və sənədləri yenidən paylaşdıq. Mettis YPG-ni PKK-dan ayıra biləcəklərini, hətta PKK-ya qarşı döyüşdürə biləcəklərini söyləyib. Biz də YPG və PYD-nin heç bir zaman PKK-dan ayırmağın mümkün olmadığını bildirdik. ABŞ-ın yanaşmasına görə, PYD və YPG-ni PKK-dan ayırsalar, bizim üçün təhlükə olmaqdan çıxacaq. Eyni zamanda, PYD və YPG-nin “Suriya Demokratik Gücləri”nin tərkibindən tamamilə təmizlənməli olduğunu ifadə etdik”, – Nurəddin Canikli vurğulayıb. (publika.az)

İnterpress.az