Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldıbackend

Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə ilə əlaqədar 2 şübhəli şəxs saxlanılıb.

Tokat Polis İdarəsinin verdiyi açıqlamaya görə, İğdırdan İstanbula doğru hərəkət edən avtobusda tapılan 17 paket narkotik maddənin Azərbaycan əsilli A.M. və T.N-ə məxsus olduğu ortaya çıxıb.

Avtobusun saxlanılmasını görən şəxslər öncədən çantalardan birini yol kənarına atıblar. Əməliyyat zamanı tapılan həmin çantada isə 8 kilo 700 qram heroin olduğu məlum olub.

Ələ keçirilən narkotik maddələrin ümumi dəyərinin 3 milyon lirə (təxminən 1,4 milyon manat) olduğu bildirilir.

Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

Faktla bağlı istintaq davam etdirilir. (qaynarinfo)

İnterpress.az