Rusiyaya qarşı sanksiyalar bir şərtlə ləğv edilə bilərbackend

Rusiyaya qarşı sanksiyalar bir şərtlə ləğv edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Ukraynanın Donbass bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi prosesi həyata keçsə, o zaman Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yavaş-yavaş ləğv oluna bilər. İnterpress.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Siqmar Qabriel (Sigmar Gabriel) Münhen şəhərində keçirilən 54-cü Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

\”Ukraynada atəşkəsi təmin etməliyik. Rusiya prezidentinin sülhməramlılar fikrini düzgün hesab edirəm. Əgər bu həyata keçsə, Rusiyaya qarşı olan sanksiyalar addım-addım aradan qalxar\” — Qabriel qeyd edib.

Almaniya-Rusiya əlaqələrindən də danışan nazir deyib ki, son illər münasibətlər müsbətə doğru irəliləyir: \”Əgər Rusiyanın böyüklüyünə baxsaq, potensial və imkanlara nəzər salsaq hər şey daha da yaxşı ola bilər. Rusiyanı özümüzdən çox da uzaqlaşdırmamalıyıq\”.(sputnik.az )

İnterpress.az