Aviasiya tarixinin ən qəribə olayı belə görüntüləndi – VİDEObackend

Aviasiya tarixinin ən qəribə olayı belə görüntüləndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Tambolaka hava limanı daha öncə rastlanmamış bir olayla gündəmə gəlib. Yerli “Garuda” aviaşirkətinə aid bir təyyarə sərnişinlər tərəfindən itələnirkən görüntülənib.

Kupang — Tambolaka səfərini həyata keçirən sərnişin təyyarəsini, hava limanındaki texniki heyət və təyyarənin bəzi sərnişinləri itələyərək döndərməyə çalışıblar.

Həm yerli, həm də xarici mediada böyük səs-küyə səbəb olan hadisə ilə bağlı aviaşirkətdən açıqlama verilib. Açıqlamada hadisənin pilotun səhvi ucbatından baş verdiyi vurğulanır: “Təyyarənin döndərilməsi üçün hava limanında lazımi avadanlığın olmaması səbəbindən belə bir üsula əl atılıb. Bu nöqsan pilotumuzun təyyarəni səhv tərəfə döndərməsindən qaynaqlanıb”. (sputnik az)

İnterpress.az