İnterpress.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə qrupu məlumat yayıb.
Qrupun məlumatına görə, aviazərbələr və qurudan buraxılan raketlər azı 98 dinc sakin, o cümlədən 20 azyaşlı uşağın həyatına son qoyub.
Ordunun hazırda üsyançıların nəzarətində olan qəsəbədə quru əməliyyatına hazırlaşdığı bildirilir.
Birləşmiş Millətlər Təşkilatı bölgədə vəziyyətin nəzarətdən çıxdığını və yaşayış məntəqəsində çox sayda mülki əhalinin olduğunu nəzərə alaraq bombardmanın dərhal dayandırılmasını tələb edir.
Statistikaya görə, Şərqi Qutada qəsəbənin mühasirəyə düşdüyü 2013-cü ildə bəri 400 minə yaxın insan həyatını itirib. (oxu.az)
İnterpress.az