Perulu aktyor və ətraf mühit fəalı Riçard Torresin təşəbbüsü ilə təşkil olunan mərasim fevralın 25-də keçirilib. Ağ donda olan qadınlar ağacları qucaqlayıb və öpüb, ağaclara sadiqlik andı içib, havaya gül buketləri atıb.
İnk adətləri əsasında oynanılmış simvolik toyda, ətraf mühit fəalları, dünya ictimaiyyətinin diqqətini Meksikanın cənub-qərbində meşələrin qanunsuz olaraq kəsilməsinə yönəltməyə çalışıb. 2017-ci ilin dekabr ayında Riçard Torres Peruda anoloji tədbir keçirmişdi. O bu yolla minlərlə ağacın xilas edilməsinə nail olacağına ümid edir. (oxu.az)
İnterpress.az