Qiyməti evdən də baha əl çantasıbackend

Qiyməti evdən də baha əl çantası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəs, bir çanta üçün, özü də istifadə olunmuş birisi üçün qiymət 380000 dollara qalxa bilərmi?

İngiltərədə, misal üçün, ölkə boyu bir evin orta qiyməti 308300 dollardır, odur ki, yuxarıda qeyd olunmuş qiymətə bir ev almaq mümkündür və bundan sonra hələ əlavə xərclərə də xeyli miqdarda pul qalacaq.

Ötən il kimsə bu qiymətə nadir sayılan, tutqun ağ rəngli 2014 Himalaya Birkin əl çantasını Hermes moda evindən alıb.

Həmin çanta timsah dərisindən hazırlanıb və 16 karatlıq ağqızıl və brilliant inkrustasiyaları ilə bəzədilib.

Yuxarıqda qeyd olunmuş qiymət rekord vursa da, bunu okeanda yalnız bir damla saymaq olar.

Əl çantaları bazarı, getdikcə, özünə daha çox diqqət cəlb edtməkdədir.

Hərraclar təşkil edən Christie\’s şirkətinin bildirdiyinə görə, lyuks əl çantaları bazarının dövriyyəsi 2016-cı ildə 36 milyon dollar təşkil edib, halbuki, 2011-ci ildə həmin göstərici 7 milyon dollara bərabər idi.

Heritage Auctions hərrac şirkətinin dəyərləndirilməsinə görə isə, dünya boyu lyuks əl çantaları hərrac bazarının həcmi hazırda $75m – $100m arasıdır və artmaqda davam edir.

Jefferies investisiya bankının proqnozuna görə, bəzi çantalar ildə 30% gəlir gətirə bilər.

Qiyməti evdən də baha əl çantası

Bu, Gucci çantası hərraca 2014-cü ildə çıxarılıb.
Heritage Auctions şirkətinin qeyd etdiyinə görə, çanta almaq həvəsində olan tipik alıcı anlayışı olduqca əhatəli ola bilər – təzə başlayandan çanta kolleksiyasını yeni eksponatla bəzətmək istəyənədək dəyişə bilər.

Müştərilərin dairəsi geniş olsa da, bu bazar heç də hamı üçün açıq deyil.

Təzə, Kelly və ya Birkin çantalasının hərəsinin qiyməti təxminən 9700 dollardır, kiçikölçülü təzə, klassik Chanel çantasının qiyməti isə $3300 dollardır.

Qiyməti evdən də baha əl çantası

Məşhurların çiyinindən asdıqları klassik Chanel çantası tez-tez paparazzi kameralarının hədəfinə düşür.

Christie\’s bildirib ki, 2017-ci ildə lyuks əl çantalarının 46 faizi Asiyada, 30 faizi ABŞ-da və 24 faizi Avropa, Yaxın Şərq və Afrikada satılıb. (bbc)

İnterpress.az