Üçqulaq paxlava belə bişirilirbackend

Üçqulaq paxlava belə bişirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkibi:

500 qr un
2 ədəd yumurta

150 qr süd

Maya, duz.

İçlik:

200 qr qoz ləpəsi

200 qr şəkər tozu

Vanil

Hazırlanma qaydası:

Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür. Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir. (ailəm.az)

Üçqulaq paxlava belə bişirilir

İnterpress.az