Bu barədə Trend-ə Rusiyanın \”Milli Enerji təhlükəsizliyi Fond\”nun analitik idarəsinin rəhbəri Aleksandr Paseçnik deyib.
\”Cənub qaz dəhlizi\”nin reallaşmasından bütün cəlb olunmuş tərəflər faydalanacaq. Layihə infrastruktur inkişafa təkan verəcək ki, bu da iştirakçı ölkələrin iqtisadiyyatlarına multiaktiv təsir göstərəcək\”, – deyə Paseçnik bildirib.
Ekspert vurğulayıb ki, layihə ilk növbədə Türkiyə bazarında rəqabətin artmasına gətirib çıxaracaq.
\”Layihənin ilkin mərhələsi Türkiyə bazarının ildə 10 milyon kub metrədək qazla təmin olunmasını nəzərdə tutur, Azərbaycan qazı ilk növbədə oraya göndəriləcək. Məlum olduğu kimi, \”Qazprom\” da Türkiyə bazarında mövcudluğunu möhkəmləndirmək məqsədi ilə potensialını genişləndirməkdədir. Lakin Türkiyədə \”mavi yanacağ\”a artan təlabatı nəzərə alaraq, bu tədarükçülər üçün problem yaratmayacaq. Baxmayaraq ki, yeni tədarüklər tərəfləri qiymət baxımından güzəştlərə sövq edəcək\”, – deyə ekspert qeyd edib.
Qeyd edək ki, \”Cənub Qaz Dəhlizi\” Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kub metr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.
Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.
İnterpress.az