İnterpress.az xəbər verir ki, bəyanatı Milli Məclisin xüsusi iclasında sədr müavini Bahar Muradova oxuyub.
Bəyanatda ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya faktları sadalanıb. Sənəddə bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin tabeliyində olan daşnak qruplaşmaları azərbaycanlıları qarşı mənsubiyyətinə görə soyqırıma məruz qoyub: “Bu, ermənilərin “Böyük Ermənistan” xülyası naminə törətdikləri qətliamların ən böyük səhifələrindən biridir”.
İnterpress.az