Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib – YENİLƏNİBbackend

Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdarədən İnterpress.az-a daxil olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

15:00

İnterpress.az azvision.az-a istinadən xəbər verir ki, saat 15:00-a təyin olunan mitinq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə ənənəvi ünvanda – “Məhsul” stadionunda keçirilir.

Qeyd edək ki, radikalların mitinqi müxalifətin digər partiya və təşkilatları tərəfindən boykot edilib.

Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib - YENİLƏNİB

İnterpress.az