İnterpress.az xəbər verir ki, H.Mirələmov Ölkə.Az-a açıqlamasında deyib ki, Ramiz Məmmədov fikirlərinə səhvlərə yol verib.
\”Hər bir peşənin yaxşısı da, pisi də olur. Bütün jurnalistlərə bunu aid etmək düzgün deyil. Necə yəni, bütün jurnalistlər savadsızdır? Başqalarını demirəm, təkcə Bakı Dövlət Universitetinin yetişdirdiyi və tanınan savadlı jurnalistlərimiz var. Ramiz Məmmədovun jurnalistlərlə bağlı fikirləri ciddi söylədiyinə inanmıram. Yəni, o bu sözləri ürəkdən söyləməyib. Yəqin ki, yaşlı adam olduğu üçün əsəbləşib, belə söyləyib. İnanıram ki, o dediyi sözlərdən sonra peşman olub. Çünki Azərbaycanın kifayət qədər savadlı, intelektual səviyyəsi yüksək olan jurnalistləri var\”.
Prezident seçkilərinə hazırlıq işlərinə də toxunan deputat həmçinin qeyd edib ki, əhalinin seçkilərə marağı yüksək səviyyədədir:
\”Mən YAP-ın Xətai rayonu üzrə seçki qərargahının sədriyəm. Biz hər gün seçicilərlə görüş keçiririk. Camaat görüşlərə çox məmnunluqla gəlir, öz razılıqlarını bildirirlər. Hamının bir devizi var:
\”Bizim yeganə liderimiz İlham Əliyevdir\”.
Xalqımız görür və deyir ki, bizim alternativsiz liderimiz İlham Əliyevdir. Son 14 ildə Azərbaycanda görülən uğurlu işlər camaata əsas verir ki, onlar prezident seçkilərində İlham Əliyevi seçsinlər\”.
İnterpress.az